Şəhərdə üzən evlər tikiləcək

Şəhərdə üzən evlər tikiləcək

Hollandlar üzən evlərdən ibarət şəhər salmağa hazırlaşırlar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2040-cı ilədək hər biri 4 tennis kortunun sahəsinə bərabər 13 min üzən evin tikintisi planlaşdırılır. Hazırda Rotterdamda təcrübə üçün ilk ev tikilib. Bu, Rijnhaven metrostansiyası yaxınlığında bir-birinə birləşik 3 yarımkürə şəkilli kompleksdir. Ümumi ölçüsü 1100 kv/m olan ev yeni nəslin ekoloji yaşayış evi nümunəsi olacaq. Üzən yarımkürə evlər şüşədən 100 dəfə yüngül və xarici təsirə davamlı şəffaf plastikdən hazırlanıb. Çəkisinin aşağı olması sayəsində möhkəm bünövrə tələb etməyən tikilinin təməli qalınlığı 2 m beton plitələrdən ibarətdir.

Qeyd edək ki, üzən evin döşəməsinin qalınlığı 20 sm olan betondan hazırlanıb. Sözügedən evi dalğalardan qoruyan dəmir və beton plitələrdən ibarət dairə əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə