Dünyanın yeni rekordları

1. ABŞ-ın Ayova əyalətinda yaşayan Çarlz Osborn uzun müddət dayanmadan hıçqırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onun orqanizmində baş verən bu qeyri-adi hadisə 69 il davam edib. Hıçqırıq başlandığı kimi də gözlənilmədən dayanıb.

2. Nyu-Yorkda yaşayan Valter Hadson bir dəfəyə 12 ponçik, 10 paket qızardılmış kartof və yarım tort yeyir.

3. ABŞ yaşayan Norman Harri 1998-ci ildə 10 saniyə ərzində ağzında 109 diri arı saxlayıb.

4. Amerikalı Robert Uodlovun ayağının uzunluğu 47 sm idi.

5. İngiltərədə yaşamış Tomas Ueddersin burnunun uzunluğu 19 sm olub.

6. Ən uzun insan qaşı 78 mm-dir.

7. Dünyanın ən böyük zibilxanası ABŞ-ın Nyu-York ştatında yerləşir. Onun sahəsi 1200 hektar, zibilin çəkisi isə 100 milyon tondur.

Bütün xəbərlər Facebook səhifəmizdə