Amerikalı kitab oğrusu Stiven Blumberq 20 il ərzində 200 000-dən artıq nadir kitab və 11 000-dən artıq qədimi əl yazma nümunəsi oğurlayıb. O, asta-asta ABŞ və Kanadanın ən nəhəng universitetləri nəzdində fəaliyyət göstərən 268 kitabxananı dolaşıb. Belə ki, oğurlanmış nəşrlərin ümumi dəyəri 20 milyon dolları üstələyir.
Blumberq şizofreniya (şəxsiyyətini ikiləşməsi) xəstəyliyindən əziyyət çəkir və kitablara inanılmaz bağlılıq nümayiş etdirirdi. O, öz kolleksiyasını mənzilinin şkaflarında saxlayır, gah bu, gah da digər kitabı oxumağa keçirdi. Görünür, o, öz fəaliyyətinə həddindən artıq ciddi yanaşır və öz zəhmətini yüksək qiymətləndirdi. Onun bu kitabları oğurlama metodları da olduqca zəngindir. Bundan ötrü o, kitabxana işçilərinin etibarını qazanmağa çalışır, sənədləri oğurlayaraq saxtalaşdırır, zirzəmilər və kitab saxlanan kameralara xüsusi açarlar düzəltdirir, hətta ventilyasiya və lift şaxtaları vasitəsi ilə bu otaqlara daxil olurdu.
O oğurlanmış kitablardan heç birini nə satmayıb, nə də onları korlamayıb. Həbs edilərkən yaşadığı ev böyük bir nəşriyyatın arxivini xatırladırdı. Stiven həbsxana kitabxanasının daimi oxucusuna çevrildikdən bir az sonra, FTB-nin və kitab mütəxəssislərinin qarşısında bütün oğurlanan kitabların ehtiyatla tanınması məsələsi dayanırdı -bəzi banklar öz kitab fondlarının bir hissəsinin itməsindən ümumiyyətlə xəbərsiz idi. 1995-ci ildə "Blumerq kolleksiyasında" olan kitabların hamısı "The Book Return" bazasına daxil edilir və yalnız bir neçə ay intensiv zəhmətdən sonra bütün kitabxanalar oğurlanmış kitabları geri alırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB