Çimərlikdə hava limanı

Şotlandiya ərazisində yerləşən Barra adasında dünyanın ən qeyri-adi bir hava limanı inşa edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu çimərlik 14 iyun 1933-cü ildən etibarən hava limanı kimi istifadə olunur. 1936-cı il avqustun 7-dən isə çimərlik tam hava limanı kimi istifadəyə verilib. Burada 3 uçuş zolağı yerləşir. Bəzən bu zolaqlar su altında da qala bilir. Gecələr isə hava limanı işləmir.

Bütün xəbərlər Facebook səhifəmizdə