Ölümlə oyun

İngiltərədə növbəti "Tough Guy Challenge 2013" yarışları keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yarışda 5 mindən çox adam iştirak edib. İngiltərənin Telford şəhərində keçirilən bu yarış dözümlülüyə görə aparılır. Bu yarış üçün idman hazırlığından əlavə, həm də dözüm və cəsurluq tələb olunur. Buraya buzluqda qalmaq, soyuq yanvar havası, odla rəftar, 70 metrlik tikanlı məftillər, palçıqlı quyular, yeraltı tunellər də aiddir. Yarışa hər il yeni-yeni növlər əlavə olunur. Hər iştirakçı ilə zədə aldığı halda şikayətçi olmayacağı barədə əvvəlcədən müqavilə bağlanılır.

Nəzərinizə çatdıraq ki, yarışın keçirildiyi 26 il ərzində 2 dəfə bədbəxt hadisə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə