Beyninizi belə gücləndirin

Beyin insanlarda çox vaxt əzələ kimi işləyir. Buna görə əzələləri idmanla gücləndirdiyimiz kimi beyimizi də özünəməxsus üsullarla gücləndirmək olur.

1. Düzgün qidalanmaq

- Düzgün qidalanma beyinin işini təmin edən əsas vasitədir. Vitamin çatışmazlığı insanda zehni geriliyə də səbəb ola bilir. Beyini gündəlik tələb olunan A,B,C və E vitaminləri ilə təmin etmək lazımdır. Xüsusən balıq yağı zehnə çox xeyirlidir.

2. Şəkil çəkmək

- Şəkil çəkmək beynin sağ yarımkürəsini aktivləşdirir və insanın yaradıcılıq qabiliyyətinin güclənməsinə səbəb olur.

3. Yeni dil öyrənmək

- Dil öyrənmək insanın sol beyin yarımkürələrini aktivləşdirir. Şəkil çəkmək və yeni dil öyrənmək beyninizə tam mükəmməl təsir edir.

4.Təkrar hərəkətlər etməyin

- Təkrar hərəkət beyni robot kimi işləməyə məcbur edir və bu halda beynə heç bir müsbət təsir etmir.

5. Barmaqlarınızı hərəkət etdirin

- Əl və ayaq barmaqlarınızı hərəkət etdirin və diqqətinizi bu hərəkətə cəmləyin. Sadə bir hərəkət kimi görünsə də əslində beyinə çox xeyirlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə