Yeni dünya kəşf olundu

NASA teleskopundan alınan məlumatlar Yer kürəsindən 13 işıq ili uzaqlıqda Dünyaya bənzəyən planetin mövcudluğunu sübut edib. Tədqiqatçılar "qırmızı cücə" adı verdikləri ulduzların ətrafındakı planetlərin yüzdə 6-nın yaşayış üçün əlverişli olmasından sonra bu qənaətə gəliblər.

Günəşdən daha kiçik, soyuq ulduzlara "qırmızı cücə" adı verilib. Böyüklükləri Günəşin 1/3 -i qədərdir. "Qırmızı cücə" qalaktikadakı 75 milyard ulduzun 3/4 hissəsini təşkil edir.

Uzun illərdir NASA-ya məlum olan "qırmızı cücə" yeni yaşayış üçün əlverişli planetlərin axtarışı səbəbilə yenidən araşdırılmağa başlanıb. Tədqiqatlar bu ulduzların bilindiyindən daha kiçik və soyuq olduğu göstərib. Yeni məlumatlar burada Yer kürəsinə bənzəyən 95 planetin mövcudluğunu sübut edib. Bu planetlərdən 3-ü Yer ilə daha çox bənzərliyə malikdirlər. Lakin bütün hesablamalar Yerə ən yaxın "dünya"-nın ən az 13 işıq ili uzaqlıqda olduğunu deyir.

Bütün xəbərlər Facebook səhifəmizdə