2014 Corvette C7 Stingray reklamı istehsalçı tərəfindən fəal şəkildə davam etdirilir.
Bu dəfə Chevrolett şirkətinin təqdim etdiyi "Enemy of the Same" adlı kiçik videoçarxda sportkar çox cazibədar görünür.
Chevrolet Corvette modeli satışa bu ilin üçüncü rübündə çıxarılacaq. Bu gözəlçənin kapotu altında yerləşdirilmiş 6,2 litrlik güclü V8 LT1 mühərriki 450 a.g. və 609 Nm fırlanma anı hasil edir.
Bu 4 saniyədən az bir müddətdə 0-100 km/saat sürətlənə bilən avtomobili sürməkdən həzz almaq üçün yetərlidir. Onu da qeyd edək ki, gələn ay Cenevrə avtosalonunda avtomobilin kabriolet versiyası təqdim edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB