Narın müalicəvi xüsusiyyətləri

Narın müalicəvi xüsusiyyətləri

Bildiyimiz kimi nar - Punicaceae fəsiləsindəndir. Narın müalicəvi xassəsi eramızdan əvvəl assuriyalılara, misirlilərə, yunanlara və romalılara məlum idi. Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlədiblər. İndisə elm adamlarının xüsusilə yüksək antioksigen məzmunu səbəbindən möcüzəvi qida olaraq xarakterizə etdiyi narın bir faydası daha ortaya çıxıb.

Son edilən araşdırmalara görə davamlı olaraq istehlak edilən nar, aclıq hissini azaldır. Araşdırmaya qatılan könüllülərin bir qrupuna üç həftə boyunca qida dəstəyi olaraq həb şəklində nar, bir qrupuna isə yalnız "plasebo" (təsirsiz) dərman verilib.

Həb şəklinə olan nar, plasebo istifadəçisinə görə fərqinə varılar şəkildə daha az aclıq hiss etdiyi ortaya çıxıb. Təcrübə müddətində nar qəbul edənlərin, nəzarət qrupuna görə yüzdə 22 adamın daha az yediyi amma yediklərindən daha çox zövq aldığı ifadə edilib.

Üç həftəlik təcrübənin sonunda bir stəkan nar suyu içirdiləcək könüllülərə bir qab pomidor souslu makaron verilib. Nar suyu içməyənlər özünü daha ac hiss edərkən, nar suyu içənlərin yüzdə 12-si özünü daha az ac hiss etdiyini, yüzdə 21-i isə daha çox yemək istəmədiyini, yüzdə 16-sı özünü çox tox hiss etdiyini və yüzdə 15-i özünü təmin olmuş hiss etdiyini ifadə edib. Elm adamları bu araşdırmanı genişləndirəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə