Pələng təlimçini belə parçaladı

Pələng təlimçini belə parçaladı

Meksikanın şimalında fəaliyyət göstərən bir sirkdə təşkil edilən nümayiş əsnasında pələng təlimçisinə hücum edib. SİA-nın məlumatına görə, ağır yaralanan şəxs həyatını itirib.

Hadisə Sonora ştatındakı Suarez sirkində baş verib. 35 yaşlı Aleksandr Crisp 2 pələnglə sirkdə "nömrə" göstərən zaman onlardan biri təlimçiyə hücum edib. Təlimçini ayağından tutan pələng onu yerdə sürüyərək qəfəsin kənarana gətirib və onu parçalamağa başlayıb. İnsanlar dərhal sirki tərk ediblər. Səlahiyyətli şəxslər pələngi təlimçidən uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər. Pələng hücumuna məruz qalan Aleksandr Crispin ağır yaralı olaraq aparıldığı xəstəxanada həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə