4 aylığından pitonla birgə yatır

4 aylığından pitonla birgə yatır

Çində hələ 4 aylıqkən ailəsi tərəfindən pitonla tanış edilən Zhei illərdir ilanla eyni yataqda yatır, yanından bir an belə ayrılmır. SİA-nın verdiyi xəbərə görə, Zheinin ailəsi isə onu evdə pitonla tək başına buraxıb işə gedir, normal həyatlarına davam edirlər. 13 yaşlı uşağın atası deyib ki: "Zhei davamlı olaraq ilanla birlikdə vaxt keçirir. Bu günə qədər pitonun heç bir zərərini görmədik. Zhei ilandan başqa heç bir oyuncaqla oynamaq istəmir".

Qeyri-adi hadisə çin mətbuatında yayımlandıqdan sonra dünyada səs-küyə səbəb olub. Artıq səlahiyyətli şəxslər məsələ ilə bağlı Zheinin ailəsi ilə görüşmək istəyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə