SMS seksual istəyi gücləndirir

Alimlər müasir texnologiyaların insanın intim həyatına müsbət təsir etdiyini müəyyənləşdirib. SİA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu ilk növbədə SMS-ə aiddir. Araşdırma nəticəsində məlum olub ki, SMS seksual münasibətlərin tərkib hissəsinə çevrilə bilir. Psixoloqların fikrincə, gün ərzində sevgilisinin qadına yazdığı bir neçə erotik məzmunlu SMS onun sevgilisilə görüşü səbirsizliklə gözləməsinə səbəb olur. Bu görüşdə cütlük intim əlaqəyə daha asan və tez keçir. Bu, xüsusilə münasibətləri çoxdan qurulmuş, lakin aralarında hələ də seksin olmadığı cütlüklərə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə