Apple şirkəti indi də müştərilərini "ağıllı ayaqqabı"larla heyrətləndirmək iddiasındadır. İstehsal etdiyi "Ayfon" ("iPhone") və "Aypəd" ("iPad") cihazları ilə dünya bazarında özünə layiqli yer tutan ABŞ-ın məhşur "Əpl" ("Apple) şirkəti indi də müştərilərini "ağıllı ayaqqabı"larla heyrətləndirmək iddiasındadır.
Belə ki, şirkət sensorlarla təchiz edilmiş ayaqqabıların istehsalına başlamaq üçün patent bürosuna müraciət edib. Məlumdur ki, ayaqqabı insanın fiziki fəaliyyətlərini təmin etməklə bərabər, həm də ayaqların sağlamlığını qoruyur. İdmançılarda isə o daha bir funsiyanı yerinə yetirir, uğurun təminətçılarından biridir. Zaman keçdikcə köhnələn ayaqqabılar uğurun qazanılnmasına verdiyi dəstəyi də azaldır. Bunun qarşısını almaq üçün "Əpl" sensorlu ayaqqabı ideyasını ortaya atıb. Belə ki, sensorlar insanın hərəkətlərini ölçəcək, ayaqqabıların istifadəyə yarasız hala gəldiyini müəyyən edəcək və bu barədə həyəcən siqnalı çalacaq. Hətta ayaqqabı istifadəsiz qalsa belə, onun uğur gətirib-gətirməyəcəyini sensorlar müəyyənləşdirəcək. Ayaqqabıya yerləşdiriləcək sensorlar xaricdən görünməyəcək və ayaqqabı sahibini narahat etməyəcək. Onlar ya uzun bir təbəqə şəklində olacaq, ya da ayaqabının topuq hissəsinə yapışdırılacaq.
"Əpl"in yeni layihəsindən yalnız idmançılara deyil, hər kəsə istifadə edə biləcək. Sensor istənilən ayaqqabının köhnəlik dərəcəsini müəyyən etmək qabiliyyətinə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB