İngiltərənin Birmingem şəhərindəki uşaq onkoloji xəstəxanasının hematologiya şöbəsində çalışan 9 tibb bacısı eyni vaxtda hamilə qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həmin tibb bacıları 9 sağlam uşaq 5 oğlan və 4 qız dünyaya gətiriblər. Qadınların zarafatlarına görə, çay içərək hamilə qalıblar. Uorsetşir sakini, 3 uşaq anası Kler Smitin dediyinə görə, bölmənin dəhlizlərində dolaşan və ürəkbulanmadan şikayətlənən hamilə tibb bacılarına baxmaq çox əyləncəli idi: "Əvvəllər burada eyni vaxtda ən uzağı iki hamilə tibb bacısı olardı. İndi baş verənlərə mat qalmışam".
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB