Buz adam peyda olub...

Qar adamının qış həsrəti. Qış, qar, soyuq su onun hobbisidir. İndi görəcəyiniz 60 yaşı tamam olan ağsaqqalın qarla çiling-ağac oynamasına şübhə ilə yanaşmayın. Görəcəyiniz kadrlarda bölgə müxbirimiz Emin Kərimov həmin ağsaqqalın 1 günlük necə yaşayıb hərəkət etdiyini lentə alıb.

Qusarda yaşayan 60 yaşı yenicə tamam olmuş Elman Bağışovu rayonda hamı tanıyır. Həmişə harasa tələsən, oğulları ilə birlikdə suvaq çəkən, divar rəngləyən, mənzillərə yeni görkəm verən usta kimi. Amma bu sadə, təvazökar rayon sakini bəzilərinə bəlli olmayan, yaşıdlarından fərqli xususiyətləri də var. Ömrünün 60-cı baharını arxada qoyan Elman Bağışov rayonun sağlam həyat tərzi keçirən, onun üstünlüklərini əyani təbliğ və sübut edən fəal sakinlərindən biridir. Ancaq qışın oğlan çağında Şahdağın ətəyində və çay kənarında onun soyuğa və şaxtaya meydan oxuması həddindən artıq maraqlıdır.

Qusarın Şahdaq Qış-Yay Turizm Kompleksinə gedən yolun sol sahilində, Qusarçay çayında Elman Bağışov çılpaq şəkildə yemək yeyir. Yüksəklik olduğuna görə, soyuqlu havada və axşamçağı hər gün bu ağsaqqal gitarasını çiynina alır bir az idman, bir az rəqs edərək soyuğa meydan oxuyur.

Soyuğa güc gələn Elman Bağışov 7 uşaq atasıdır. Onun qarın və buzun içində rəqs-idman etməsi soyuğa güc gəlməsinə kömək edir. Soyuq ona təsir etmir. 60 yaşında içki içməyən, siqaret çəkməyən Elman usta fiziki işin sahibi olsa da, səhər idmanını etmədən evdən çıxmır. Qış, qar, soyuq su onun hobbisidir. Qar üstündə idman etmək, Qusar çayının buzlu suyunda yuyunmaq onun adi vərdişlərindəndir.

Elman Bağışovun ailəsində də belə həyat tərzi hökm sürür. 7 övladı - 4 oğul, 3 qız atası olan Elman onlarda da bu vərdişi tərbiyə etməyi bacarır. Şahdaqdan axan Qusar çayından çimən Elman dayı yenidən qarla yuyunur.

Elman Bağışovun digər bacarıqları da var. Qarlı havada yollarda kirşə, xizək və konki sürür. Bundan əlavə isə velosiped idmanı ilə məşğul olur. Bu yaşda ağsaqqalın idman etməsi sağlamlıqdır. İndi Elman dayı özünü çox gümrah hiss edir.

Emin Kərimov, Qusar

Bütün xəbərlər Facebook səhifəmizdə