Çində 3 mərtəbəli bina bir anın içində torpağın altına gömülüb
Çinin Quanzu şəhərində yerin yaşayış binasını udması hamını təəccübləndirib olub. Qəfildən yerin səthində yaranan nəhəng yarğan 3 mərtəbəli bir binanı torpağın altına gömüb.
Yerli sakinlərdən biri tərəfindən saniyə-saniyə lentə alınan görüntülərdə, yaşayış binasının bir göz qırpımında necə gözdən itdiyini açıq-aydın əks etdirir. Xoşbəxtlikdən yarğan yaranmazdan əvvəl, binanın yırğalandığını görən sakinlər evlərini tərk edib. Bu maraqlı, ancaq bir o qədər də dəhşətli təbiət hadisəsində ölən və ya yaralanan olmayıb. 3 mərtəbəli tikilini bağrına basan bu yarğanın diametri kifayət qədər böyük olduğundan, ətrafdakı binalar və işyerləri də boşaldılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB