ABŞ-ın nə vaxtsa açıq satışa çıxarılan ən bahalı mülkü Dallasda (Texas ştatı) yerləşir, mülkiyyətçi onun satışından 135 mln dollar qazanmaq fikrindədir. Bu haqda "Forbes" jurnalı məlumat verib.
"Crespi-Hicks" malikanəsi "Mayflower Estates" elita məhəlləsində ABŞ-ın keçmiş prezidenti kiçik Corc Buşun mülkünün qonşuluğunda yerləşir. 10,1 hektarlıq mühafizə olunan ərazidə beşmərtəbəli əsas malikanə, qonaqlar üçün iki ev, hovuzun yanında üçmərtəbəli malikanə, tennis kortu, söhbət etmək üçün xüsusi köşkləri olan gül bağçası və şəhərə gizli çıxış yolu mövcuddur.
Hazırda daşınmaz əmlak Hicks Holdinqinin rəhbəri və bir neçə idman komandalarının, xüsusən də İngiltərə futbol klubu "Liverpool"-un keçmiş ortağı Tomas Xiksə məxsusdur. O, mülkü 1997-ci ildə əldə edib və onun rekonstruksiyasına təxminən 100 mln dollar pul yatırıb.
Qeyd edək ki, əvvəllər ABŞ-ın satışa çıxarılan ən bahalı evi Los-Ancelesdə yerləşən "Fleur de Lys" malikanəsi idi. O, 125 mln dollara satılıb. Ən baha qiymətə satılmış ev isə Montana ştatında yerləşən ranço hesab olunur, 2012-ci ildə maqnat Stenli Kronke ona 132,5 mln dollar ödəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB