Qadınların ən yaxşı günü

Britaniyalı mütəxəssislər qadınlar haqqında maraqlı bir araşdırma aparıblar. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, sən demə, qadınlar həftənin üçüncü günü maksimum yorğun və yaşlı görünürlər. Sorğuda iştirak edən zərif cinsin nümayəndələrinin 12 faizi həftənin bu gününü ən stresli gün hesab edirlər. Məhz bu gün enerjinin səviyyəsi ən aşağı səviyyəyə düşür. İş stresi isə əksinə, ən yüksək həddə çatır. Enerjinin azalması ilə ən yaxşı mübarizə yolu kimi isə qadınlar şirniyyata və yeməyə meyllənirlər.

Qeyd edək ki, qadınların özünü ən yaxşı hiss etdiyi gün isə cümədir.

Bütün xəbərlər Facebook səhifəmizdə