Dünyanın ən böyük sualtı oteli Dubayda tikiləcəkdir. Otelin sualtı hissəsi 10 metr dərinlikdə yerləşəcək və 21 nömrədən ibarət olacaqdır. "Water Discus" oteli Polşanın "Deep Ocean Technology" (DOT) şirkəti tərəfindən İsveçrənin "BIG InvestConsult AG" firmasının yardımı ilə layihələndirilib.
Sualtı otel biri suyun altında, digəri isə suyun üzərində iki diskdən ibarət olacaqdır. Otelin sualtı hissəsi 10 metr dərinlikdə yerləşəcək və 21 nömrədən ibarət olacaqdır. Orada əyləncə məkanı və bar da olacaqdır. Otel hərəkət edə bilən şəkildə layihələndirilib və havadan asılı olaraq yerini dəyişdirmək mümkündür.
"Water Discus" oteli bu cür ilk layihə deyildir. Maldiv adalarında bir sualtı otel nömrəsi, ABŞ-da isə çox kiçik sualtı qonaq evi "Cules Undersea Lodge" vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB