300 milyon il əvvələ aid metal parçası

300 milyon il əvvələ aid metal parçası

Rusiyada bir vətəndaşın evinə yandırmaq üçün gətirdiyi kömürün içindən çıxan metal parçası elm adamlarını həqiqətən çaşbaş salıb. Xəbər verilir ki, Rusiyanın Çernoqorod vilayətindəki kömür mədənindən çıxarılan kömürün içərisində metal obyekt aşkar edilib. Dinozavrların belə mövcud olmadığı dövrə aid kömürün içərisindən çıxan metal qırıntısı dərhal araşdırılmağa başlanıb.

Rusiyalı geoloqların həyata keçirdikləri testlər metal parçanın 98 faiz alüminium və 2 faiz maqneziumdan yarandığını aşkara çıxarıb.

Elm adamları verdikləri şərhlərdə obyektin qeyri-adi şəkildə yüngül olduğunu vurğulayıblar. Tədqiqatçılar bu metal parçasının qədim kömür mədəninə necə düşdüyünü müəyyənləşdirməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə