Şimali Afrikada yağışdan sonra başlayan sel 15 min timsahın bir fermadan qaçmasına səbəb olub. SİA-nın məlumatına görə, 30-dan çox insanın ölümünə və minlərlə insanın evsiz qalmasına səbəb olan sel timsahların saxlandığı fermanın divarlarını yıxıb. 15 min timsal ölkənin ilikinci böyük çayı olan Limpopoya sürüklənib.
Könüllülərin də iştirakıyla qaçan timsahları yaxalama əməliyyatı başlayıb. Gecə saatlarında timsahların çoxu ələ keçirilib. İdman meydançalarından evlərin bağçalarına qədər bir çox yerlərdə görünən timsahlarla bağlı xalqa xəbərdarlıq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB