● Avstraliyalılar, təbiətdə çox nadir görülən bir hadisənin şahidi olublar. Həddindən artıq yağışların ardından sel sularının çəkilməsi ilə hörümçəklər, 1 gün ərzində qısa bir müddətdə böyük bir sahəni torları ilə əhatə ediblər. Hörümçəklərin niyə belə bir refleks göstərdiyini tam olaraq bilmədiklərini ifadə edən alimlər, bunun öz nəsillərini qoruma instinktinə qaynaqlı ola biləcəyini vurğulayıblar.
● Televiziya kanalı sahibi ABŞ-lı Dick Clark, həvəskarı olduğu daş dövrü cizgi filmində gördüyümüz evlərin bir bənzərini özünə etdirib. Hər tərəfdən okean və dağ mənzərəsi olan bu ev, 3.5 milyon dollara hazırlanıb.
● İsti yayın insana verdiyi mənfi təsiri yapon alimləri aradan qaldırmaq üçün yeni bir texnologiyanı üzə çıxarıblar və kondisionerli paltarı hazırlayıblar. Batareya və xüsusi sprey ilə işləyən kondisionerli paltarlar bədəninizlə paltar arasında gün boyu sərin havanı dolaşdıracaq. İstilik və hava keçirməyən paltar sayəsində içərini istədiyiniz dərəcədə sabit saxlaya bilərsiniz.
● Mehmet İnanç 86 yaşındadır və bu rahatsızlığından heç şikayət etmir. Onun bu xəstəliyinə həkimlər belə heç bir çarə tapa bilmirlər. 3 dəfə evləndiyini bildirən Mehmet İnanç 1960-cı ildən bəri heç yatmadığını bildirib. Dediyinə görə, yuxusuzluğuna görə, xəstəxanada da yatıb, lakin həkimlər onda yuxu deyilən bir şeyin olmadığını araşdırıblar. Bütün gününü isə kitab oxumaqla, namaz qılmaqla keçirir.
● Abigail və Brittany Henselin eyni bədəni paylaşmalarından savayı onları gənc qızlardan fərqləndirən heç bir xüsusiyyəti yoxdur. Onlar Minnesotadaki Bethel universitetini yüksək bir dərəcəylə ayrı-ayrı məzun olmağı bacarıblar. Dostları ilə Avropa turuna çıxıb hamı kimi şəkil çəkdirirlər. Piano çalarkən Abigail sağ əllərini, Brittany isə sol əllərini işlədir. Bovling, basketbol, üzgüçülük kimi yarışlarını bitirdikdən sonra sürücülük vəsiqəsini belə alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB