Gündə 22 saat heç oyanmadan ölü kimi yatır

Gündə 22 saat heç oyanmadan ölü kimi yatır

17 yaşındakı İngilis Shannon Magee bir gündə 22 saat heç oyanmadan ölü kimi yatır. SİA-nın verdiyi xəbərə görə, yuxunun harada və nə vaxt gələcəyi müəyyən deyil. Bəzən evdə, bəzən imtahanda bəzən də çölə çıxdığı zaman. Yatdığı zaman baraban çalınsa belə eşitməyən gənc qız tam 22 saat müddətində ölü kimi olur.

"Kleine Levin Sindromu" olaraq tanınan və "yatan gözəl" sindromu adlanan nevroloji pozğunluğa tutulan Shannon Magee yalnız tualet üçün qalxır, amma nə etdiyini bilmir. Yatdığı günlərdə öz-özünə üzərindəki bütün paltarları çıxardan gənc qız evdə çılpaq gəzir. Xəstəliyin ilk günündə qızını evdə paltarsız gəzərkən görən ailəsi sanki şok keçirib. Alakin daha sonra buna öyrəşiblər. Yatan zaman pop mahnıları söyləyən qız oyaq vaxtı bunların heç birisini xatırlamır.

İngiltərə Səhiyyə Nazirliyindən bu xəstəliyə yoluxanların 47 nəfər olduğu bildirilib. Dünya üzrə isə bu xəstəliyə görə qeydiyyatda 1000 xəstə var.

Bütün xəbərlər Facebook səhifəmizdə