İspaniyanın paytaxtı Madriddə "Qarabasma" filmini xatırladan hadisə baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, izləmə rekordu qıran videoda adı açıqlanmayan 52 yaşlı qadın şəhərin cənubunda Marques də Vadillo metro stansiyasında qatar gözləyən zaman bir anda sanki görünməyən bir əl tərəfindən relsə doğru itələnir. Qadın itələnən zaman onun yanında heç kim olmadığı videoda aydın şəkildə görünür. Daha sonra qadın metro stansiyasında təsadüfən gəzən polis tərəfindən xilas edilib.
Qeyd edək ki, nümayiş olunan görüntülərdə qadını itələyənin kim olduğu hazırda həm metronun səlahiyyətli şəxsləri, həm də polis tərəfindən araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB