"Google"un maliyyə direktoru Nikeş Arora "Gangnam Style"ın "Youtube"da 8 milyon dollarlıq reklam gəliri əldə etdiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Youtube"un videodan əldə etdiyi gəlirin bir hissəsini PSY ilə bölüşəcəyini bildirilib. "Youtube" dekabr ayında videonun iyul ayından bəri 1 milyard 382 min 639 dəfə izləndiyini bildirmişdi. "Gangnam Style" bir müddət əvvəl 18 yaşlı kanadalı müğənni Casten Biberin "Baby" adlı mahnısını geridə qoyaraq "Youtube"un ən çox izlənən videosu olub. Adını Cənubi Koreyanın paytaxtı Seulun bir bölgəsindən alan "Gangnam Style" "Youtube"da 12 milyon 141 min 758 dəfə bəyənilərək rekord qazanıb.
Qeyd edək ki, "Gangnam Style" "ən bəyənilən video" olaraq Ginnesin Rekordlar Kitabına da girib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB