Peruda qeyri-adi məhkəmə prosesi keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, altı tutuquşu məhkəmə qarşısında "cavab verməli" olublar. Marqarita Olayya adli qadının evində yaşayan quşlar əvvəllər özlərini "yaxşı aparıblar". Ancaq oraya yeni köçən qonşu qadın quşların onun ünvanına nalayiq, təhqiramiz sözlər dediklərini eşidib. Buna dözməyən qadın quşlardan məhkəməyə şikayət verib. Məhkəmə tutuquşları ictimai asayişi pozmaqda günahlandırıb və onları uzun müddətə həbs edib, zooparka göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB