Ailə həyatı qurmağın daha bir müsbət tərəfi alimlər tərəfindən sübuta yetirilib
Yeni araşdırmalar sübut edib ki, yetkinlik yaşında insanların təkbaşına yaşaması erkən ölüm riskini inanılmaz dərəcədə artırır. Bu həm qadınlara, həm də kişilərə (xüsusən 40 yaşına çatıb yalnız yaşayanlara) aid edilir.
Araşdırmalar Dyüka universitetinin mütəxəssisləri tərəfindən aparılıb. Mütəxəssislər bildiriblər ki, ailə həyatı insanın uzun ömür yaşamasına zəmanət verir. Təcrübələr 40 yaşına çatmış 4800 kişi və qadın üzərində aparılıb.
Təcrübə zamanı təkbaşına yaşayanlar və ailə həyatı quranların xarakterləri, düşüncə və yaşam tərzlərinə nəzərə alınıb. Bu xarakterlərə nikbinlik, pessimizm,depresiya və.s mənfi düşüncə tərzləri də daxil edilib. Alimlər təcrübədən sonra sübuta yetiriblər ki, təkbaşına yaşayan insanlarda ölüm riski iki dəfə çoxdur.
Həmçinin, ailə həyatı qurub sonra ayrılaraq təkbaşına yaşayanların ölüm riski isə 1,64 dəfə çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB