İki atom bombasına "qonaq" olan yapon

İki atom bombasına "qonaq" olan yapon

1916-cı ildə doğulan Tsutomu Yamaguçi 6 Avqust 1945-ci ildə Hiroşimaya bir iş gəzintisinə getmişdi. Şəhərə ayaq basmasından qısa müddət sonra atom bombası 4-5 km uzaqlığına düşdü. Keçici korluq və karlıq yaşayan Yamaguçi bu ağrılı təcrübədən canlı çıxdı. Bir kömək çadırında gecəni keçirən Yamaguçi sabahısı gün evinə döndü... Nagasakiyə. Bir neçə gün sonra Yamaguçi iş yerində, yoldaşlarına yaşadığı hadisəni izah edərkən Nagasakiyə atom bombası atıldı. Yamaguçi bu gün hələ də yaşayır və 93 yaşındadır.

* * * * *

Ginnesin Rekordlar kitabına görə, dövlət kitabxanalarından ən çox oğurlanan kitab elə "Ginnesin Rekordlar Kitabı"dır.

* * * * *

Heyvanların verdiyi xəbərlər:

Təxminən 400-500 il əvvələ aid köhnə əl yazmalarından əldə edilən məlumatlara görə, heyvanlar və təbiətin meteoroloji ilə əlaqəsi belədir:

* Dovşanın tükü sıx olsa qış sərt olar.

* Balıqlar fırtınadan əvvəl suyun üzərinə sıçrayar.

* Durna balığı çayın dibində tərpənmədən dayansa, ya külək çıxar da ya da yağış yağar.

* Meşənin aşağılarına enən fil, yağışı və günəşi xəbər verər.

* Qurbağa ötüncə yağış yağacaq deməkdir.

* Özünü yalayan pişik yağışı xəbər verər.

* Siçan su daşqınından əvvəl yamacda dəlik açar.

* Qoyunlar fırtınadan bir az əvvəl başlarını bir-birinə vurarlar.

* Qara ilan fit çalınca yağış yaxındır.

* İnək divarları yalasa hava açılacaq.

* Zəlilər sudan çıxıb, bitkilərin altına saxlansa çox keçmədən fırtına başlayar.

* Kürəyi qaşındığı üçün yerə yatan at, yağışın yağacağını göstərər.

* Sincab çox qoz toplayarsa, qış da çox sərt olacaq deməkdir.

* Kənd ətrafında çaqqallar qışqırsa yağış yağar.

* Dişi eşşək qulağını yelləsə yağış gəlir deməkdir.

* Xoruz ötüb su içsə yağış yaxındır.

* Hindəki qazlar cənubdan şimala doğru yeriyərlərsə yağış yağacaq.

* Qaranquşlar yüksəkdən uçsa hava yaxşı olacaq, alçaqdan uçsa yağış yağacaq.

* Durnalar yüksəkdən ağır və dimdiklərini tıkkıldataraq uçsalar, payız gözəl olacaq deməkdir.

* Baharda leyləkləri şimalda görsəniz, o biri gün yağış yağar.

* Hörümcək torunu səhər etsə hava açıq olacaq deməkdir.

* Arılar səhər erkəndən şanlarından çıxmazsa, hava pis olacaq

Bütün xəbərlər Facebook səhifəmizdə