Artıq insanlar tərləyərkən gül qoxusu verəcək

Artıq insanlar tərləyərkən gül qoxusu verəcək

Yaponiyalı alimlər tər qoxusunun çarəsini tapıblar. Onlar Türkiyənin İsparta şəhərində becərilən qızılgüllərindən tər dərmanı hazırlayıblar. Yaponlar gül yağından istifadə edilərək hazırlanan həbləri artıq satışa çıxarıblar. Bu həbi udanların artıq tərləyəndə belə tər qoxusu yerinə gül qoxusu verəcəkləri iddia edilir.

İspartadakı Gülçülük birliyinin rəhbəri Bolat Tamer bildirib ki, bu il gül yağına tələbatın artacağın güman edirlər: "Bizə verilən məlumata görə, həblərdə xammal kimi gül yağından istifadə ediləcək. Bu həblər mədədən qana qarışaraq insanlardan gül qoxusu gəlməsinə yol açacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə