Bu gün ilin ən stressli günüdür

Mütəxəssislər "Mavi bazar ertəsi" adlandırdıqları yanvar ayının üçüncü bazar ertəsini "ilin ən stresli günü" elan edilib. "Daily Telegraph" isə məhz bu gün Birkbeck College-in psixoloqları tərəfindən hazırlanan "xoşbəxtlik araşdırmasını" təqdim edib.

Araşdırmaya qatılan 80 nəfər onları ən çox xoşbəxt edən şeyin yerdə 10 funt sterlinq tapmaq olduğunu deyib. Ən cansıxıcı şeyin isə pis ifa edilən skripkadan gələn səs olduğu məlum olub. Balaca itlərlə oynamaq, şokolad yemək, gülən körpə fotolarına baxmaq isə yalnız pozitiv hisslər gətirir. Çürük diş və ağlayan köpə fotoları isə insanları xeyli aqressivləşdirir.

Kişilərin yerdə tapılan pula qadınlarla müqayisədə 10% daha çox – 90% sevindiyi məlum olub. Ancaq qadınlar ümumi xoşbəxtlik göstəricisi kişilərlə müqayisədə daha çoxdur. Qadınlarda bu göstərici 66%-dən çox, kişilərdə isə 58%-dir

Araşdırmanı aparan qurumlardan biri Funke Baffour, məşğul olan insanların xoşbəxt anlarını yaşaya bilmədiklərini müəyyən edib.

Mütəxəssislər "mavi bazar ertəsi" kimi günlərin ağırlığından qorunmaq üçün gözəl bir musiqi dinləməyi, kiməsə kompliment söyləməyi və ya sadəcə sevdiklərinizə və ya ev heyvanlarınıza qayğı göstərməyi məsləhət görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə