Argentina və Çili arasındakı sərhəddə, dəniz səviyyəsindən 6739 metr yüksəklikdə Lyulyaylyako vulkanik dağının yanında, buzun içərisinə basdırılmış 14-15 yaşlarındakı qızın mumiyasının sirri açılıb. Aradan 500 il keçməsinə baxmayaraq onun görünüşü heç dəyişməyib. Üzərində aparılan testlər zamanı məlum olub ki, daxili orqanları, hətta üzərindəki paltarlar belə çürüməyən bu qız, İnk qəbiləsinə mənsubdur. Bununla bərabər buzun içərisindən 7 yaşlı bir uşaq və 6 yaşında olan bir qız uşağı da tapılıb.
Qeyd edək ki, bu mumiyanın üzərində ağciyər infeksiyasına rast gəlinib ki, bu infeksiya mumiya tarixində bir ilkdir. İndi isə Nyu-York Universitetinin bir qrup üzvü bu qızın bütün bu illər ərzində necə belə qala bildiyini araşdırırlar. Alimlər bütün bunlarla bərabər 500 il əvvəl Argentina torpaqlarındakı yanardağın zirvəsinə basdırılan mumiyanın ölümü ilə bağlı gizli hadisələrin üstünü açmağı bacarıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB