7 il sonra üzr istədi

Çində bir qadın 7 il əvvəl saxta pul verdiyi mağazaya gələrək sahiblərindən üzr istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Baojidə yaşayan Le ailəsi 2006-cı ildə kiçik bir mağaza açıb. İlk müştərilərindən biri olan bir qadın aldığı bir köynəyə 100 yuan (16 dollar) ödədikdən sonra mağazadan ayrılıb. Qadın mağazadan çıxdıqdan sonra satıcı pulun saxta olduğunu anlayıb. Bundan sonra mağaza sahibləri aldadılmamaq üçün pul maşını alıb, eyni zamanda saxta 100 yuanı çərçivələdərək mağazadan asıblar.

Bu hadisədən 7 il sonra bir qadın mağazaya gələrək üzr istəyib və borcunu həqiqi pulla ödəyərək oradan uzaqlaşıb. Çinli qadının kassir işlədiyi yerdə saxta banknotla aldadıldığı və müdirinin qorxusundan o pulu mağazaya verdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə