Bu da alman həkimləri!

Almaniyada yaşayan Dirk Şreder qalxanabənzər vəzdəki xərçəng şişi ilə bağlı əməliyyatdan üç il sonra vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 74 yaşlı Şrederin qohumlarının dediklərinə görə, o, çox əzablar çəkib, qarnındakı kəskin ağrılardan şikayətlənir, fasiləsiz inildəyirdi. Şrederin meyiti yarılanda onun qarnından 16 müxtəlif əşya çıxıb. Sən demə, Hannover şəhər hospitalının cərrahları əməliyyatda bu əşyaları Şrederin qarnında "unudublar". Əşyalar arasında bint bağlaması, kompreslər, cərrah maskası parçası, iynələr vardı. 2009-cu ildəki əməliyyatdan sonra Şreder üç il yaşayıb.

Mərhumun qohumları məhkəməyə şikayətlənərək xəstəxanadan 120 min avro məbləğində təzminat tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə