45 tonluq balina sahildə

Kapiti çimərliyində insanların böyük marağına səbəb olan hadisə baş verib. Sahildə ilk dəfə nəhəng məməliyə rast gəlinib. İspermeçet adlanan bu balina dişli balinaların ən böyüyüdür. Uzunluğu 20 metr, çəkisi 50 tona yaxındır. Çox böyük olan baş hissəsində yalnız dişlərlə (hər biri 20 sm uzunluqda və 500 qram ağırlıqda konus formasında 40 diş) bəzənmiş çənəsi var. İspermeçet adlanan bu balina növünün erkəklərinin uzunluğu 15-25 metr, çəkiləri 45-70 ton, dişilərinin isə uzunluğu 9-13 metr və çəkiləri 15-20 ton olur. Bel hissəsi tünd boz, göyümtül, qarın hissəssi isə ağ rəngdə olur. Yaşayan məməlilər arasındakı ən böyük beyini olan balinanın quyruq üzgəci genişdir.

Balinalar uzun illər ətli və yağlı olduğuna görə ovlanıb, lakin 1979-cu ildən sonra ovlanmasına qoyulan qadağalarla nəsli kəsilmək təhlükəsindən qurtula bilib. Ancaq Norveç kimi bəzi ölkələrdə hələ də müəyyən şərtlərlə balina ovçuluğu edilir.

İspermeçet balinasının əti heyvan yemi olaraq, yağı isə sənaye məhsullarında, hətta əl və bədən kremlərinin hazırlanmasında istifadə edilir.

Qeyd edək ki, sahilə gəlib çıxan böyük məməlinin ətrafında toplanan kütlənin bir qismi xatirə fotoşəkili də çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə