Saç qaşıntısının qarşısını alacaq

Saç qaşıntısının qarşısını alacaq

Saç diblərindəki qaşıntı egzema kimi bir narahatlıqdan qaynaqlana bilər. Əvvəlcə bir dermotoloqa gedilməsində fayda vardır. Saç təmizliyi də əhəmiyyətli faktordur. Ola biləcək bir bitlənməyə qarşı uşaqların və uzun saçlı insanların saç təmizliyinə daha çox diqqət etmələri lazımdır. Bundan başqa saç diblərindəki qaşıntı struktur olub. Stresli dövrlərdə və qış aylarında arta bilər və bir narahatlıqdan qaynaqlanmaz.

1-ci resept:

1 yemək qaşığı bibər yağı

1 xörək qaşığı üzüm sirkəsi
1 çay qaşığı duz
4 ədəd döyülmüş aspirin.

Bunların hamısını qarışdırın. Boya sürtər kimi saçınızın diblərinə sürtün. 5 saat saxlayın və sonra yuyun. Bu tətbiqi həftədə 2 dəfə etsəniz, saç diblərindəki qaşıntıdan xilas olarsınız.

2-ci resept:

1 ədəd yumurta sarısı
1 yemək qaşığı spirt
1 yemək qaşığı hind yağı
1 çay qaşığı duz.

Vəsaitləri qarışdırın və saç diblərinə boya sürtər kimi yedirin. 2 saat saxlayın və sonra yuyun.

3-cü resept:

5 ədəd aspirini döyüb mineral su ilə qarışdırın. Qarışığı saç diblərinə sürtün və 15 dəqiqə saxladıqdan sonra yuyun.

Bundan başqa, yaş saç ilə havalı mühitdə olmamaq lazımdır. Saç dərisi xəstə ola bilər və qaşıntıya səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə