18 min dollarlıq üzüyü uddu

ABŞ-ın Massaçusets ştatında yaşayan Endi Muron özünü dünyanın ən bəxtsiz adamı sayır. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, o, toy axşamı gəlini xəstəxanaya aparmalı olub. 26 yaşlı Muron sevgilisi, 23 yaşlı Elizabet Metyuya sürpriz etmək istəyib. O, toyda gəlinə vermək istədiyi brilyant qaşlı üzüyü tortun içində gizlədib: "İstədim ki, nikah mərasimindən sonra, toyda qonaqların qarşısında Elizabet tort tikəsini yemək istəyəndə üzüyü görsün və sevinsin. Lakin Elizabet tortu kəsdi. Tikəni isə nimçəyə qoydu. Bir sözlə üzüyü görmədi".

Qeyd edək ki, gəlin 18 min dollarlıq üzüyü udub. Daha sonra qarnında ağrılar başlayıb. Üzük endoskopiya vasitəsilə çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə