Balaca, 2 yaşlı çinli qız bankomatda tək oyun oynayarkən özü də bilmədən içəridə qalıb. Atası və nənəsi vəziyyəti başa düşəndə isə çox gec olub. İkisi də kiçik qızı çıxartmağa cəhd etsələr də onların bu cəhdləri nəticəsiz qalıb. Uşağı qurtarmaq üçün isə hadisə yerinə xilasedicilər cəlb olunur. Hadisə yerinə gələn xilasetmə qrupları ilk əvvəl qapını dəmir alətlə açmağa cəhd etsələr də onların bu işi nəticəsiz qalır.
Qapının şüşələrini qırmağa isə uşağın zərər görə biləcəyi səbəbindən imtina edilib. Çünki bankomatın içi yalnız bir kvadrat metrdir.
Gərgin başlanan proses xoşbəxt sonluqla bitib, xilasediçilərin köməyi ilə uşaq zərər görmədən xilas edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB