Qərbi Afrikada yerləşən bir kənd, bəlkə də dünyanın ən qeyri-adi məkanlarından biridir. Belə ki, Burkina Fasoda yerləşən kənddə hər bir evin üstü bəzəkli qalın kətan parça ilə örtülüdür. SİA-nın məlumatına görə, evlərin divarları xüsusi naxışlarla bəzədilib ki, onu digərlərindən fərqləndirmək mümkün olsun. Bəzi binaların üzərindəki naxışlar isə onların ölülər üçün mavzoley olduğunu bildirir. Qəribə və qeyri-adi arxitekturasına baxmayaraq kənd turistlər üçün qapalıdır. Qəbilə sakinləri kəndə yad adamların gəlməsini istəmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB