Dünyanın ən yaşlı qadını(?!) Koto Okubo 115 yaşında Yaponiyanın Kavasaki şəhərinin qocalar evində vəfat edib. SIA-nın məlumatına görə, o ameriaklı Dina Manfredininin vəfatından sonra planetin ən qoca qadını sayılırdı. D.Manfredini K.Okubodan 264 gün böyük idi.
Qeyd edək ki, hazırda dünyanın ən yaşlı kişisi də Yaponiyada yaşayır. Bu, 1897-ci il aprelin 19-da anadan olmuş Ciroemon Kimuradır. Onun 7 övladı, 14 nəvəsi, 25 nəticəsi və 13 kötükcəsi var.
P.S. Azərbaycanda 120 yaşdan yuxarı qadınlar var. Niyə onları dünya nəzərə almır?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB