Fevralın 14-də Yer kürəsinin yaxınlığından 40 metrlik asteroid keçəcək
2012 DA14 adı verilən bu asteroid Yerdən 800 km aralıdan keçəcək.Səma cisminin diametri 45 metr, çəkisi isə 130 tondur.Bu asteroid ötən il fevralın 23-də İspaniyanın La Saqra rəsədxanası tərəfindən aşkar edilib. Alimlər müəyyən ediblər ki, bu asteroid orbiti Yer kürəsi ilə kəsişən Apollon asteroidlər ailəsinə daxildir.Hesablamalar əsasında asteroidin planetimizlə toqquşması istisna olunur. Lakin asteroid fevralın 15-də Qrinviç vaxtı ilə saat 19:25-də (Bakı vaxtı ilə saat 23:25-də) Yer kürəsinə ən yaxın məsafədən keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB