"Nestle" aktivlərini 1 mlrd dollara satır

"Nestle" Latın Amerikasındakı aktivlərini 1 mlrd dollara satır
"Nestle" aktivlərini 1 mlrd dollara satır

"Nestle" şirkəti Rothschild Bankı ilə birgə Latın Amerikasındakı aktivlərini 1 mlrd dollara satmaq üzərində çalışır. "Nestle" "Pfizer Nutrition" şirkətinin əldə edilməsi üzrə müqaviləni rəsmi olaraq təsdiq etmək üçün bu aktivləri mütləq satmalıdır.

SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Bloomberg qeyd edib ki, bu aktivlər "HJ Heinz", "Danone" ,"Abbott Laboratories", "Mead Johnson Nutrition" və "Grupo Lala" şirkətləri üçün maraqlı ola bilər.

Aktivlərin satışı "Pfizer"-in 12 mlrd dollara alışı üzrə müqaviləni təsdiq etməyə imkan verəcək. "Pfizer Nutrition"-ın əldə edilməsinin əsas məqsədi İsveçrə şirkəti tərəfindən inkişaf edən bazarların genişləndirilməsinin (xüsusilə də, Çin bazarı) təmin edilməsidir.

"Nestle"-nin Çin bazarında olan payı yalnız 2,3% təşkil etdiyi halda, "Pfizer"-də bu göstərici 7,4%-ə bərabərdir. "Pfizer" şirkətinin alınması İsveçrə nəhənginə bazarda 3-cü yerə çıxmağa imkan verəcək, ilk iki mövqeni "Mead Johnson" və "Danone" tutur.

"Nestle", "Rothschild", "Abbott", "Danone", "Mead Johnson" və "Heinz" prosesə şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, "Pfizer Nutrition"-in əldə edilməsi nəticəsində "Nestle"-nin işçilərinin sayı 4,5 min nəfərə çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə