Dəri ləkələri günəş və ya doğum sonrası yaranan və xanımların gözəlliyini pozan amildir. Dəri ləkələrinizdən xilas olmaq istəyirsinizsə, bu maskanı nizamlı olaraq tətbiq edin.
SİA oxucularına maskanı təqdim edir:
Tərkibi:
1 yemək qaşığı limon suyu
1 yemək qaşığı buğda yağı
1 çay qaşığı bənövşə yağı
10 budaq cəfəri
Hazırlanması və tətbiqi:
Əvvəlcə cəfərini yaxşıca əzin. Sonra içərisinə limon suyu və bitki yağları əlavə edin. Yaxşıca qarışdırın və qarışıq dəriyə masaj edilərək sürtün. 15 dəqiqə gözlədikdən sonra isə ilıq su ilə yuyun. Bu maskanı həftədə iki gün dərinizə tətbiq edə bilərsiniz. Dərinizdəki ləkələrin zamanla azaldığını və itdiyinin özünüz şahidi olacaqsınız.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB