"Vaşaqın azad edilməsi" videoçarxını 5 milyondan çox insan izləyib
"YouTube"da rekord vuran çarx

"YouTube" videoportalına yanvarın 2-də "Vaşaqın azad edilməsi" adı ilə videoçarx yerləşdirilib. Məlumata görə, gənc tələyə düşmüş vaşaqı görərək onu xilas etməyə tələsib.

Bir həftə ərzində bu videoya 5 milyondan artıq insan baxıb. Vəhşi heyvanı azad etdikdən sonra gənc oğlan və operator "təşəkkür" gözləsələr də bunun əksi ilə qarşılaşıblar. Vaşaqın qorxusundan onlar avtomobildə gizlənməyə məcbur olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə