Körpə uşağı təqlid edən robot

Yaxın zamanlarda hazırlanmağa başlanılan Diego Saniyə adlı robot bir yaşlı uşaqların üz ifadələrini təqlid edə bilir. Bu, insanabənzər robot texnologiyasında daha böyük yeniliklərə doğru cığır açan addım olacaq. SİA-nın verdiyi məlumatına əsasən, ABŞ-ın San Dieqo şəhərindəki Kaliforniya Universiteti nəzdində fəaliyyət göstərən Hanson Robotics ilə Kokoro Co firmaları tərəfindən hazırlanan robot körpələrin fiziki dünya ilə necə qarşılıqlı əlaqədə olduğunu və onların ilk bir il içində əldə edilən hünərlərini necə inkişaf etdirdiyini başa düşməyə kömək olacaq.

30 kiloqram ağırlığındakı insanabənzər robotun boyu 1,3 metr, yəni gerçək körpəyə nisbətən daha böyük, başının da bədəninə nisbətən daha böyük olduğu bildirilib. 27 hərəkətli hissə sayəsində robot fərqli üz ifadələri göstərə bilir. Robotun gözlərinə yüksək keyfiyyətli kamera, ağzına isə dinamik yerləşdirilib. Qulaq bölgəsinə yerləşdirilən 6 oxlu İvmeölçən isə tarazlığı təmin edir. Körpə robot 44 hava təzyiqli oynağa sahibdir.

Ətrafındakıları görüb onlarla qarlılıqlı əlaqəyə girə bilən Diego Saniyə gözlərindəki kameralar vasitəsilə bir körpə ilə eyni olan süni zəkasına yeni məlumatlar qəbul edə bilir və üz ifadələrilə insanlara reaksiya verə bilir. Robot gülür, əsəbləşir və qəmgin də ola bilir.

Məlumat üçün bildirək ki, tədqiqatçılar Diego Saniyə üzərindəki testlərinə davam edəcəklərini də ifadə ediblər.

Yeganə Süleymanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə