Bir milyon dollar və ölüm

ABŞ-da lotereya oyunlarından 1 milyon dollar qazanan şəxsin xoşbəxtliyi çox sürməyib. Belə ki, o, ertəsi gün zəhərlənərək vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çikaqoda yaşayan 46 yaşlı Uroj Xanın həyatı qazandığı 1 milyon dollarla tamamilə dəyişə bilərdi.

Xanın cəsədi yarıldıqdan sonra onun sionid turşusundan zəhərlənərək öldüyü məlum olub.

Qeyd edək ki, qazandığı pullarla işini böyüdüb xəstəxanalara yardım edəcəyini açıqlayan Xan lotereya biletlərinə cəmi 60 dollar pul ödəmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə