16-cı mərtəbədən yıxıldı

Çində 2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb, lakin sağ qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Çinin Uxan şəhərində baş verib.

Uşaq hazırda reanimasiyadadır. Həkimlər onun dalağını çıxarıblar. Körpənin sağalmaq şansı yüksəkdir. Maraqlısı budur ki, uşaq asfaltın üstünə deyil, torpağa düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə