Bu uzunluqda saç olar?

Çerkasi şəhərində yaşayan Anna Yankanın təbii sarı rəngli saçları maraq doğurub. Onun saçlarının uzunluğu 2 metr 21,5 santimetrdir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 18 ildir saçını kəsməyən Anna Yanko həftədə bir dəfə saçını yuyur və ayda yarım litr şampun istifadə edir.

Qeyd edək ki, sonuncu dəfə 7 yaşında saçlarını kəsdirən Yanko, o gündən bu vaxta kimi saçını nə kəsib, nə də ki rəngləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə