12 670 kvadratmetrlik meydan

İspaniyanın Sevilya şəhərindəki Plasa de da Enkarnasyon meydanı rekonstruksiya edilib. SİA-nın xarici mətbuatıa istinadən verdiyi xəbərə görə, 90 milyon evroluq layihənin nəticəsi çox orijinal və özünəməxsus alınıb. Əvvəlcə meydanın sahəsi 500 kvadratmetr idi. Daha sonra isə 12 670 kvadratmetr olub. Əsas material kimi ağac və mərmərdən istifadə olunub. Hazırda meydan şəhərin ən görkəmli məkanıdır. Nəhəng zontun altında arxeoloji muzey, restoranlar, fermer bazarı yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə