Dünyanın ən populyar və böyük sosial şəbəkəsi "Facebook"çatlarında səs məlumatlarını tətbiq etməyə başlayıb. Sosial şəbəkənin Android və iOS əməliyyat sistemi ilə işləyən smartfonlar üçün nəzərdə tutulmuş messencerlərində səsli məlumatların ötürülməsi funksiyası peyda olub.
The Next Web bildirir ki, səsli məlumat funksiyasını işə salmaq üçün smartfonda "Facebook" çatını işə salmaq, sonra "Dostlar" siyahısında gərəkli kontaktı seçmək, "Plus" düyməsini basmaq və açılmış menyuda "Vloice Reocord"u klikləmək gərəkdir.
Yazılmış səs çata ötürüləcək. Yazılışın müddəti 1 dəqiqə ilə məhdudlaşdırılıb. "Facebook" daha sonra çatına səsli zəngləri əlavə edəcək. Daha doğrusu, bu funksiya artıq iOS üçün olan "Facebook Messenger" proqramına əlavə olunub. Lakin hələlik bu funksiyadan yalnız Kanada sakinləri yararlana bilərlər. Başqa ölkələrin vətəndaşları yaxın həftələrdə funksiyadan yararlana bilərlər.
Ekspertlərin fikrincə, "Facebook inqilaba" başlayıb və mobil rabitə şəbəkələrinə meydan oxuyur. Sosial şəbəkə SMS-lərlə yanaşı, "Skype"-ı əvəzləyən servisi istifadəyə verməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB