Qoç
2013-cü ildə əsas diqqətinizi ailənizə və həyat yoldaşınıza ayıracaqsınız. Yanvar-aprel ayları maddi durumunuz üçün ən şanslı müddət hesab edilir. Xüsusi ilə də martda daha çox gəlir əldə etməyiniz gözlənilir. Yeni ildə qazancınızın böyük hissəsini isə şərikli fəaliyyətinizdən əldə edəcəksiniz.
Buğa
2013-ün ən şanslı bürclərindən biri hesab edilən Buğalar ilin ikinci yarısında maddi durumlarında böyük nailiyyətlər əldə edəcəklər. Yupiter planeti yeni ildə sizə daha böyük uğurlar vəd edəcək. Şansınızı və əldə etdiyiniz pulu yaxşı dəyərləndirin. İkili münasibətlərə isə daha çox diqqət yetirin.
Əkizlər
2012-ci ildə maddi mövzuda "dərs" alan əkizlər İlan ilində rahat nəfəs ala biləcəklər. İlin ilk yarısında ötən ildən qalan işlərinizi tamamlayacaqsınız. İlin ikinci yarısında isə maddi məsələlərdə böyük uğurlar əldə etməyiniz gözlənilir. Buna görə şansınızı lazımınca dəyərləndirməlisiniz.
Xərçəng
Xərçəng bürcü də 2013-cü ilin şanslı bürcləri sırasındadır. İlin ikinci yarısında, xüsusi ilə də noyabr və dekabrda maddi məsələlərdə bir sıra irəliləyişlər əldə edə bilərsiniz. Buna görə ilin ilk yarısında daha doğru qərarlar qəbul etməyiniz məsləhət görülür. Şəxsi münasibətlər, ailəvi dostluqlar bu il sizin üçün daha ön planda olacaq.
Şir
İlan ili sizə ötən ilin sıxıntılarını unutduracaq. Yanvarda bir sıra nailiyyətlər əldə edəcəksiniz. Bədxərclik etməyin. Yupiter bürcünün təsiri altında sevgi məsələlərində də uğur qazanacaqsınız.
Qız
Qız bürcü həmişəki kimi bu il də yığıcı olacaq. İlin ilk yarısı maddi durumunuzda müəyyən çətinliklər ola bilər. İlan ilinin sizin maddi durumunuz üçün elə də düşərli il olmasını söyləmək olmaz. Şərikli işlərə imza atmamağınız məsləhət görülür.
Tərəzi
Biznes məsələləri bu il Tərəzi bürcü üçün düşərli olacaq. Hətta miras yolu ilə pul əldə etməyiniz gözlənilir. İl boyu, xüsusi ilə də apreldən sonra bir sıra nailiyyətlər əldə edəcəksiniz. Yalnız iyul və avqust aylarında maddi durumunuzda müəyyən səngimə müşahidə ediləcək.
Əqrəb
İlan ilində həyatınızda böyük dəyişikliklər olacaq. Apreldə iş yerinizi yenisi ilə əvəzləyəcəyiniz gözlənilir. 2013-cü ildə maddi məsələlərdə bir sıra şanslar əldə edəcəksiniz. Lakin ailənizdə və ətrafınızda baş verən hadisələr sizin maddi durumunuza mənfi təsir göstərəcək. Ümumilikdə bu il gərgin iş rejiminiz olacaq. İlin ikinci yarısı sizin üçün daha düşərli hesab edilir.
Oxatan
2013-cü ilin ən şanslı bürclərindən biri də Oxatanlardır. İlan ili bu bürcün altında doğulan şəxslər üçün hər istiqamətdə düşərli olacaq. Xüsusilə ev alıb-satmaq məsələsində böyük uğurlar qazana bilərsiniz. 2013-də Oxatanların uğurlu yatırımlar etməsi də gözlənilir. İlin ilk 6 ayında daha çox uğura imza atacaqsınız.
Oğlaq
İlin əvvəli Oğlaq bürcü üçün elə də uğurlu olmayacaq. 2013-cü ildə maddi məsələlər sizin üçün ön plandadır. Ümumilikdə gələn il Oğlaqların gəlirləri ürəkaçan səviyyədə olmayacaq. Daha çox aprel və mayda maddi durumunuzun düzələcəyi proqnoz edilir. İş həyatınızda hələ də bir sıra problemlər gözlənilir.
Dolça
İlin əvvəlində bir sıra fürsətlər əldə edə bilərsiniz. Lakin gözlənilməyən hadisələrin baş verməsi sizin maddi durumunuza təsir edəcək. Əldə etdiyiniz məvacibi yaxşı dəyərləndirə bilsəniz, 2013-cü ildə maddi durumunuzda elə də böyük problem olmayacaq. Həmkarlarınızla isə bir sıra problemlərinizin olacağı proqnoz edilir.
Balıqlar
Balıqlar bürcünün maddi durumu may ayınadək daha yaxşı olacaq. Xüsusi ilə də fevral-mart aylarında gəlirləriniz istədiyiniz səviyyədə olacaq. Yeni ildə maddi vəziyyətinizdə elə də böyük problemlərin olacağını söyləmək olmaz. 2013 keçmişdəki əzablarınızın geridə qaldığı, çəkdiyiniz əziyyətin müqabilində böyük uğurlar əldə edəcəyiniz il olacaq. Bu il həyat sizi mükafatlandıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB